Bayhan həbs olunan həmkarından qisas alır?

1 İyun 2012 15:45 (UTC+04:00)


Movqe.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, müğənni Bayhan qonaq olduğu verilişlərin birində həmkarı Dəniz Sekinin həbs cəzasına məhrum edilməsinə münasibətini bildirib: "Hər kəs əkdiyini biçər. Dəniz Seki nə vaxt istəsə, üzərimə düşən dəstəyi verməyə hazıram.

O vaxtlar bir çox şey görə üzərimə gəlirdilər. Bilmədiyimiz bir dünya var idi. Bizim doğru istiqamətləndirilməyə və psixoloji olaraq motivasiya edilməyə ehtiyacımız vardı".

Qeyd edək ki, bir neçə il əvvəl Bayhan Dəniz Sekinin hədəfi olub. Belə ki, D.Seki "Popstar" müsabiqəsi zamanı Bayhana "həbsxanaya girəndən popstar olmaz" deyərək, müğənnini tənqid edib.

Fuad Mədətov

Movqe.Az