15 yaşında min yoldaşının həyatını xilas etdi

10 Yanvar 2014 14:00 (UTC+04:00)

Pakistanda 15 yaşındakı bir şagird , canı bahasına terror hücumunun qarşısını alaraq min yoldaşının həyatını xilas edib. 

Movqe.Az xəbər verir ki, uşağın əmisi oğlu Musadik Ali Bangaş , ölkənin şimal qərbində , şiələrin yaşadığı İbrahimzayin şəhərində bir terroristin 15 yaşındakı Əziz Həsəndən məktəbinin harada olduğunu soruşduğunu söyləyib. Bangaş , Həsənin , niyyətini anladığı bu şəxsə müdaxilə etdiyini , təşvişə qapılan təcavüzkarın üstündəki bombanı partlatdığını söyləyib. Başqa bir şagird isə Həsənin təsirsiz hala gətirmək üçün daş atdığı təcavüzkarın , üstündəki bombanı məktəbin 150 metr yaxınlığında partlatdığını deyib. Hadisədə təcavüzkar və məktəbdəki təxminən min yoldaşının həyatını xilas edən Həsən ölüb. Pakistan mətbuatı və səlahiyyətlilər , Həsəni "qəhrəman" elan edib. Pakistanın keçmiş Vaşinqton səfiri Şerri Rehman , sosial paylaşma saytı Tvitterdəki hesabından , "Əziz Həsən Pakistanın qürurudur . Heç olmasa bir medala layiqdir "yazıb.