Ani Lorak hansı Azərbaycan müğənnisi ilə duet oxuyacaq?

10 Yanvar 2014 15:20 (UTC+04:00)
Azərbaycanın sevilən müğənnisi Xəyyam Nisanov Ukraynanın xalq artisti Ani Loraknan duet oxuyacaq. Mövqe.az xəbər verir ki, Xəyyamın gözəl müğənni ilə duet oxumaq istəyi onun çoxdankı arzusu olub. Həmçinin Xəyyam Nisanov açıqlamasında bildirib ki " Ani Loraka bu təklifi edəndə "Niyə də yox?" cavabını aldım. O, mənən maraqlı mahnı gözləyir". Qeyd edək ki, mahnının bəstəkarının Murad Arif olacağı deyilir.