Pul insanı arıqladır

10 Yanvar 2014 15:20 (UTC+04:00)

Amerikalı alimlər pul ilə motivasiyanın daha təsirli olduğunu bildiriblər. Movqe.az-ın xəbərinə görə, ABŞ-ın Miçiqan Universitetində keçirilən bir araşdırmada pulun arıqlamaq üçün yaxşı motivasiya vasitəsi olduğu ortaya çıxarılıb. Elm adamları beş nəfərdən ibarət iki qrupdan birinə müəyyən qədər çəki itirdikdən sonra hər ay 100 dollar veriblər. İkinci qrupdakılara isə istənilən hədəfə çatanlara ümumilikdə 500 dollar veriləcəyi bildirilib. Bu halda ikinci qrupdakılar adambaşına 100 dollardan daha çox qazanmaq imkanına sahib olublar. 

İkinci qrupdakıların altı ay sonra birinci qrupdakılardan daha çox arıqladığı ortaya çıxıb.

Araşdırmaçılar pul ilə motivasiya etmənin çox məsrəfli olacağını bildirsələr də, piylənmə problemi ilə mübarizənin yanında yenə ucuz qalacağını qeyd ediblər.