"VKontakte" sosial şəbəkəsi çökdü

10 Yanvar 2014 20:30 (UTC+04:00)
"VKontakte" sosial şəbəkəsinin istifadəçiləri saytın işləmədiyindən şikayətlənirlər. Milli.Az-ın məlumatına görə, sosial şəbəkənin mətbuat xidmətindən bildiriblər ki, problem qlobal xarakter daşıyır və dünyanın heç yerində açılmır. Bəzi istifadəçilərin profili açılsa da, ayrı-ayrı elementlər yüklənmir. Texniki nasazlığın səbəbləri hələ ki, bilinmir.