Məşhur müğənnimiz : "Bunlar ərindən boşanmayanı da boşatdırarlar"

10 Yanvar 2014 16:55 (UTC+04:00)
Müğənni Nisə Qasımovadan yeni xəbər var. Belə ki, xalq artisti efirlərdən uzaq düşməsi səbəbəbini Mövqe.az-a açıqlayıb:"Bəli efirlərdən çalışdığım qədər qaçıram. Çünki bəziləri elə suallar verirlər adama ki, ərindən boşanmayan müğənni də boşatdırıb, rahatlaşırlar. Və yaxud da ki, müğənni olmaq istəməyən bir xanım mətbəxdən çıxıb səhnəyə gəlir. Sonra da peşman olur. Jurnalistikaya müəyyən qədər qınaqla yanaşmaq olar ki, sual verəndə elə sual versinlər ki, adam orada özünü tapa bilsin. Ona görə şou-biznesdə aləm  bir–birinə qarışıb. Kimsə irəlidə olmaq istəyir, kimsə qeyri-adi nəsə edib, seçilmək istəyir.Axırda isə kimsə döyülür, kimsə söyülür, boşanmalar artır. Həm də ki, bir insanın ki, dərdinə mən çarə edə bilməyəcəm o, verilişə mən niyə gedirəm? Şikayətçinin dərdin bilmirik hardan qaynaqlanır. Şikayətçini haqlı hesab edirik. Çox dərinliyə gedəndə görürük ki, o ağlayan adamda da günah var. Hər ağlayana da inanmaq olmaz.