Məşhur türk aktyor vəfat etdi

10 Yanvar 2014 22:00 (UTC+04:00)
Türkiyədə teatr səhnələri və kinofilmlərdə "pis adam" rolları ilə məşhurlaşmış aktyor, 86 yaşlı Süheyl Eğriboz uzun sürən xəstəlikdən sonra müalicə aldığı xəstəxanada vəfat edib.


Milli.Az DHA-ya istinadən bildirir ki, aktyor Süheyl Eğriboz ötən ilin noyabrında Aksaraydakı evində halı pisləşdiyi üçün Samatya İstanbul Xəstəxanasına aparılmışdı. İki aydan bəri müalicə olunan aktyor bu gün səhər saatlarında keçinib.


Süheyl Eğriboz bu gün İstanbulda dəfn ediləcək.