Xanım Qafarova: "Qızım deyir ki, ana bəs sən sağalmadın?" -EKSKLÜZİV
10 Yanvar 2014 18:20 (UTC+04:00)
Türkiyədən müalicədən dönən aktrisa Xanım Qafarova indi daha
yaxşıdır. Mövqe.az-a bu barədə danışan aktrisa bildirib: " Şükür
Allaha ki, indi daha yaxşıyam. Müalicələrim çox yaxşı keçdi. Ayın
axırı yenə gedəcəyəm. Təsirini gördüm. Allah səbəbkardan, Mehriban
xanımdan razı olsun. Çox kömək etdi mənə... O olmasaydı, indi mən
sizlə belə danışa bilməzdim. Ağrılarım 80% azalıb. Allah şükür
yeriyə bilirəm. Ora gedəndə əlil arabasında idim. Amma qayıdanda
özüm gəldim".
"Sizi ilk qarşılayan kim oldu" sualına aktrisa belə cavab verib:
" İlk qarşıyalayn 3 yaşlı qızım oldu. Çox sevindi. Soruşdu məndən
ki, ana sağalmısan? Elə bilir ki, tam sağalmışam. İndi peşmanam
deyim ki, bir balaca başım ağrayır. O, dəqiqə deyir ki, bəs nə
oldu? Bəs ana sən sağalmışdın".
Xatırladaq ki, aktrisa xərçəng xəstəliyindən əziyyət
çəkir.