Mücahidlər Suriyada öldürülən "Samir Qaxlı"nın fotolarını yaydılar

11 Yanvar 2014 15:36 (UTC+04:00)

Suriyada daha bir azərbaycanlı mücahid öldürülüb. APA-nın məlumatına görə, bu barədə mücahidlərə məxsus saytlar məlumat yayıb. Məlumata görə, "Samir Qaxlı" kimi tanınan azərbaycanlı mücahid Suriyada Bəşər Əsəd qüvvələri tərəfindən öldürülüb. Mücahidlər onun meyitinin fotosunu da sosial şəbəkələrdə yayıblar. Öldürülən azərbaycanlının mücahidlər arasında "Samir Qaxlı" kimi tanınması onun Azərbaycanın Qax rayonundan olduğunu deməyə əsas verir. Qeyd edək ki, Suriyada vəziyyət gərginləşəndən sonra bir qrup Azərbaycan vətəndaşı bu ölkəyə gedərək müxtəlif radikal qruplaşmaların tərkibində vuruşmağa başlayıb. Ötən müddət ərzində həmin döyüşlərdə 100-ə yaxın azərbaycanlı həyatını itirib. Onların bir çoxlarının fotosu mücahidlər tərəfindən sosial şəbəkələrdə yayılıb.