Azərbaycanlı nazir Röyaya mahnı bəstələyəcək
11 Yanvar 2014 16:57 (UTC+04:00)
Azərbaycanın fövqəladə hallar naziri, bəstəkar Kəmaləddin Heydərov
Xalq artisləri Flora Kərimova, Ağadadaş Ağayev və populyar müğənni
Röya üçün mahnı bəstələyəcək. Bu barədə açıqlamasında nəğməkar-şair
Baba Vəziroğlu bildirib. B.Vəziroğlu həmçinin Kəmallədin Heydərovla
yeni layihələr üzərində işlədiklərini deyib: "Hazırda Kamal
müəllimlə Flora Kərimova, Ağadadaş Ağayev və Röya üçün yeni
mahnılar üzərində işləyirik. Hələlik, mahnılar üzərində iş gedir.
Əsas odur ki, Kamal müəllimlə yaradıcılıq fəaliyyətimiz davam
edir".
Ötən gün 60 illik yubileyini qeyd edən B.Vəziroğlunun sözlərinə
görə, doğum günündə K.Heydərov zəng edərək, onu təbrik edib. "Kamal
müəllimlə yaxşı münasibətlərimiz var. O da mənim kimi çox təmtəraq
sevən adam deyil. Məclislərə getməyi, məclis düzəltməyi xoşlayan
insan deyil. Sadəcə olaraq, dünən zəng edib, təbrik etməyi mənə
böyük sevinc verdi. Məclisimiz şeir məclisi idi, ancaq ailə
üzvləri, bacı, qardaşlar iştirak etmişdi, tanınmışlardan heç kim
dəvət olunmamışdı.
Təmtəraqdan uzaq adamam, elə o biri adi ad günlərimi necə qeyd
etmişdim, bunu da elə qeyd etdim. Yanımda dostlar, qohumlar var
idi. Nə hədiyyələrin verilməsinə baxmamışam. Aləm qarışıb
bir-birinə, bilmirəm kim nə gətirib. Amam əsas odur ki, gəliblər.
Deyim ki, mən çox tanınmışlarla dostluq etmirəm, amma Mübariz
Tağıyevlə dost olmuşam, sonradan bilmişəm ki, bu, çox tanınmış
insandır. Mən ancaq onunla dostluq edirəm. Hərdən televizorda
görürəm ki,oxuyur"-deyə B.Vəziroğlu ad günü təəssüratlarını
bölüşüb.