Qulağından tarakan çıxdı

11 Yanvar 2014 17:23 (UTC+04:00)

Avstraliyada bir nəfərin qulağından, bura yuva qoyan 2 santimetrlik tarakan çıxarılıb. Movqe.Az BBC-yə istinadən xəbər verir ki,, qulağındakı böcəyi çıxarmaq üçün elektrik süpürgəsi istifadə edən və qulağına su fışqırdan şanssız Hendrik Helmer, bu cəhdlərindən nəticə ala bilməyib.


Ev yoldaşı tərəfindən Darvindəki bir xəstəxanaya qaldırılan Helmerə müdaxilə edən həkimlər, qulağın içinə axıtdıqları mayeylə öldürdükləri böcəyi çölə çıxarıb.


Səhər sağ qulağında ağrıyla oyanan Helmerin əvvəl qulağına zəhərli bir hörümçəyin girmiş ola biləcəyindən şübhələndiyi deyilib.


Yoldaşları, Helmerə bundan sonra yatağa qulaqlıqla girməsini məsləhət ediblər.