İçməli suya kimyəvi maddə sızdı

11 Yanvar 2014 18:00 (UTC+04:00)

ABŞ-ın Vircinia əyalətində şəbəkə suyu olaraq istifadə edilən çayda kimyəvi maddə təsbit edilib. Vətəndaşlardan şəbəkə suyu istifadə etməmələri istənilib , 9 bölgədə fövqəladə hal elan edilib.


Movqe.Az xəbər verir ki, Elk çayına kimyəvi maddə qarışmasının təsbit edilməsilə  federal səlahiyyətlilər , Qərbi Virciniadakı 9 bölgədə yaşayan təxminən 300 min nəfərdən şəbəkə suyunu istifadə etməmələrini istəyib.


Kran suyunu içməkdən başqa habelə, yeməklərdə , duş almada və diş fırçalamada istifadə etməyin təhlükəli olduğunu deyən səlahiyyətlilər , vətəndaşları diqqətli olmaları mövzusunda xəbərdar edib.


Problemin həll edilməsi üçün işlər başladılıb , əyalətdə qablaşdırılmış su ehtiyatlarının sürətlə tükəndiyi öyrənilib.