Hansı məşhur türk verlişi tamaşaçılara vida edib?

12 Yanvar 2014 18:00 (UTC+04:00)

Həftə içi hər gün səhər Çağla Şikel və Alişanın təqdim etdiyi  "Hər Şey Daxil" proqramı 10 yanvar cümə günü final etdi. Mövqe.az türk mətbuatına istinadən bildirir ki, son proqramın qonağı unudulmaz səsi ilə hamının sevimlisi Cengiz Kurtoğlu olub. Sevilən mahnılarını səsləndirən müğənni proqramda sürpriz edərək ilk dəfə canlı yayımda oğlu Aydın Kurtoğlu ilə "Duyanlara Duymayanlara" mahnısını birlikdə ifa edib.