Hava kəskin dəyişəcək

13 Yanvar 2014 09:20 (UTC+04:00)

Yanvarın 12-13-də gün ərzində ölkə ərazisində hava şəraiti nisbətən mülayim, əsasən yağmursuz keçəcək. Mülayim cənub küləyi gündüz saatlarında arabir güclənəcək.  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədovanın verdiyi məlumata görə, havanın temperaturu günorta saatlarında Bakıda və Abşeron yarmadasında + 11 dərəcə olacaq.  Mərkəzi aran rayonlarında günorta saatlarında 7-12 dərəcə isti, dağlarda isə günorta saatlarında 5-10 dərəcə isti müşahidə olunacaq. Lakin yanvarın 13-də axşam şimal və qərb rayonlarında başlayaraq, eləcə də ayın 14-də bəzi yerlərdə yağıntılı hava şəraiti olacaq. Dağlıq rayonlarada isə qar yağacağı ehtimalı var. Paytaxtda yanvarın 14-də hava şəraitinin buludlu olacağı, yarmadanın bəzi yerlərində isə yağıntılı olacağı gözlənilir.  Mülayim şimal küləyi əsəcək. Havanın temperaturu tədricən 3- 4 dərəcə aşağı enərək günorta saatlarında  8 dərəcə isti müşahidə olunacaq. Mütəxəssis qeyd edir ki, şimal və qərb rayonlarından başlayaraq ayın 13-dən hava şəraiti dəyişərək yağıntılı olacaq. Eləcə də yanvarın 14-ü gün ərizində digər bölgələrimizdə də yağıntılı hava şəraiti müşahidə olunacaq. Havanın temperaturu bir qədər aşağı enəcək, mərkəzi aran rayonlarında günorta saatlarında 5-10 dərəcə isti, dağlarda isə günorta saatlarında 0-5 dərəcə isti qeydə alınacaq. Yanvarın 15-də  gündüz saatlarından başlayaraq hava şəraitinin nibətən mülayim, əsasən yağmursuz keçəcəyi proqnozlaşdırırlır. Yanvarın 12-13-də meteroloji amillərin zəif və mülayim tərəddüdü əsasən əlverişlidir. Lakin  14-də hava şəraitinin bir qədər yağıntılı olması, eləcə də şimal küləyinin güclənməsi meteohəssas insalarda diskomfort hissi yaradacaq.