Etiraz aksiyalarının keçirilməsində orijinal yenilik - boğazadək torpağa basdırılma

1 İyun 2012 16:47 (UTC+04:00)

Kolumbiyanın şimalında yerləşən Aqauça məntəqəsinin sakinləri hökümətin ərazini onlardan təmizləmək cəhdlərinə etirazlarını qeyri-adi tərzdə bildiriblər.

Sakinlər etirazı özlərini boğazadək torpağa basdırmaqla bildiriblər.

300-dək ailə ərazini boşaltmaq barədə xəbərdarlıq aldığına baxmayaraq sahəni tərk etməkdən imtina edib.

Hökümət həmin ərazidə prezidentin vədinə uyğun olaraq yoxsul təbəqə üçün nəzərdə tutulmuş 2000-dək ucuz büdcəli evlərin tikiləcəyini bildirib.

BBC-news bildirir ki, etirazçıların həmin ərazidə bir neçə ay bundan əvvəl məskunlaşdığı qeyd olunur.

Türkan Nadirqızı

Movqe.Az