Paytaxtın əsas piyada keçidlərindən biri bağlanıb

13 Yanvar 2014 10:38 (UTC+04:00)

Azərbaycan prospekti və Nigar Rəfibəyli küçəsinin kəsişməsində yerləşən, hər tərəfində iki giriş çıxışı olan piyada keçidinin bir girişi bağlanıb. Giriş-çıxışın bir başı Daxili İşlər Nazirliyinin (DİN) qarşısında, o biri başı yolun əks tərəfində olan keçidin içərisində problemlər yaranıb.

Yaranan problemlə əlaqədar "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev milli.az-a açıqlama verib. O bildirib: "Yaranan problem araşdırılacaq. Sizi günorta saatlarından sonra məlumatlandıra biləcəm".