Türkan Şoray əməliyyat olunacaq

13 Yanvar 2014 10:56 (UTC+04:00)

Türk kinosunun sultanı Türkan Şoray, bu gün əməliyyat olunacaq. Mövqe.az türk mətbuatına istinadən bildirir ki, bir müddət əvvəl aktrisanın böyrəyində problem olduğu aşkar olunub. Edilən müayinələr nəticəsində xərçəng təhlükəsi olduğu ortaya çıxıb. Qeyd edək ki, aktrisa bu gün "Koşuyolu Acıbadem" xəstəxanasında əməliyyat olunacaq.