Birinci xanım xəstəxanaya qaldırılıb- FOTOLAR

13 Yanvar 2014 10:47 (UTC+04:00)

Fransanın birinci xanımı Valeriya Trierveilerin Prezident François Hollandeylə olan münasibətilə bağlı mediada çıxan xəbərlərdən sonra xəstəxanaya qaldırıldığı iddia edilib. Movqe.Az xəbər verir ki,  onun ofisindən verilən xəbərə görə, birinci xanım bir sıra testlər etmək və sakitləşmək üçün xəstəxanaya aparılıb. "Closer" maqazin jurnalı isə bu hadisəni prezidentin digər sevgilisi Culia Gayet ilə əlaqələndirib. Cənab Hollande isə xəbərləri yalanlamasa da, bunu şəxsi həyatına müdaxilə kimi qiymətləndirib. Xanım Trierveillerin ofisinin "AFP" xəbər agentliyinə veridiyi şərhə görə, onun,  bu gün xəstəxanadan çıxarılması gözlənilir. Xatırladaq ki, cümə günü fransız "Closer" jurnalı cənab Hollande və xanım Gayet haqqında 7 səhifəlik məqalə yazmışdı. İqtidar və müxalifət millət vəkilləri də Hollandeylə bağlı fiki bildirmişdi. Twitter vasitəsilə mesaj atan UMP millət vəkili Daniel Fasquelle , "Əgər bu fotoşəkillər doğrudursa , prezidentin başqa münasibətləri varkən , mövcud sevgilisinin sarayda qalması doğrudurmu ? Bu gün Fransanın birinci xanımı kimdir? " demişdi.

 UMP millət vəkili George Fenech də , "Bir prezident , bütün dünyanın gözü qarşısında , qeyri qanuni əlaqələr yaşamağı davam etdirə bilməz. Məhəbbət görüşlərinə, dövlətin puluyla maaşı ödənilən mühafizəçilərlə gedə bilməz. Bir an əvvəl Fransanın imicini və dəyərlərini tamamilə yox etmədən istefa etməlidir " deyə şərh etmişdi.