Aygün Kazımova iti ilə duet oxuyacaq-ŞOK

13 Yanvar 2014 11:13 (UTC+04:00)
Mövqe.az xəbər verir ki, xalq artisti Aygün Kazımova Snoop Dogdan sonra yeni duet ortağı tapıb. Belə ki, həmişə gözlənilməz addımlar atan Kazımova bu dəfə də, iti ilə duet oxuyacaq. Bu barədə xalaq artisti özü açıqlama verib:


"Bəli, Aygün Kazımova iti ilə duet oxuyacaq. Bu doğrudur. Zarafat deyil. Hətta mənin Prışkam Məstanımla ( qızı İlqarəni nəzərdə tutur-red) da ifa edir. O, evdə mahnı oxuyanda Prışkada onla birgə oxuyur. Səs-səsə verirlər. Mənim atacağım addım isə bir ilk olacaq. Çünki iti duet oxuyan müğənni bu vaxta qədər olmayıb".


Qeyd edək ki, Prışka və İlqarənin ifası bir neçə gün əvvəl internetdə yayılmışdı.