Ariel Şaran üçün xatirə mərasimi keçirildi

13 Yanvar 2014 11:48 (UTC+04:00)
İsrail keçmiş xarici işlər naziri Ariel Şaron üçün Qüdsdə dövlət xatirə mərasimi keçirilib. Movqe.Az xəbər verir ki, Knessetdə keçirilən mərasimdə 20 xarici nümayəndəylə yanaşı ABŞ vitse-prezidenti Coe Biden də iştirak edib. Cənab Şaron Ərəb dünyasında tanınmış əsgər və dövlət xadimi olub. O, 85 yaşında 8 illik komadan sonra şənbə günü dünyasını dəyişib. Cənab Şaron Neqev səhrasında ailə qəbirstanlığında dəfn ediləcək. Onun cansız bədəni parlamentdən çıxarılarkən minlərlə insan bazar günü yasa boğulub. Baş nazir Benyamin Netanyahu bazar günü keçirilən kabinet yığıncağında Ariel Şaronu "Yəhudi xalqının tarixinin və ötən əsrinin ilk və ən önəmli əsgəri, böyük generalı" adlandırıb.