Yanardağ 25 min nəfəri evsiz qoydu

13 Yanvar 2014 13:00 (UTC+04:00)

İndoneziyanın qərbində fəaliyyətə keçən Sinabung yanardağında partlayışların sayı artıb. Rəsmilər, Sumatra adasındakı yanardağın ötən gün çox vaxt yüksəkliyi 5 kilometrə çatan kül və qaya püskürtdüyünü bildirib. Movqe.Az xəbər verir ki, Yanardağdan iki həftə əvvəl lavaların axmağa başlamasından sonra keçən həftə bölgədən 20 min nəfər evakuasiya edilmişdi. Təxminən 100 ildir yatan və sentyabrda vaxtaşırı kül və qaz püskürməyə başlayan yanardağda partlayışların artması səbəbiylə evini tərk edənlərin sayı 25 mini keçib.