Müğənni din xadimlərinin burun kəsdirməyi günah hesab etdiyi fikrinə də açıqlama gətirib: " O, zaman Allah bizi həyata lüt gətirib, gəlin lüt gəzək. Əgər onlar deyirlərsə Allahın yaratdığını dəyişmək olmaz. O zaman Allah bizi lüt yaradıb da gəlin bunu da həyata keçirək".
Nadir Qafarzadə etdiyi əməliyyatları da açıqlayıb: " Burnumu kəsdirmişəm. Çünki burnum payız badımcanı idi, ağzıma girirdi. Mən yoldan keçəndə mənə "yekə burun" deyirdilər. Artıq kompleksim var idi. Alınmdan yuxarı tüklər əkdirmişəm. Dişlərimi isə ümumiyyətlə dəyişmişəm".