Bu sosial şəbəkə zəlzələ qurbanlarına xidmət edir

13 Yanvar 2014 14:26 (UTC+04:00)

Yaponiyada 2011-ci ildə meydana gələn böyük zəlzələdən sonra inkişaf etdirilən Line tətbiqi 2 ilin sonunda 300 milyondan çox abunəçiyə çatıb. 2011-ci ilin mart ayında Yaponiyada 8.9 böyüklüyündə bir zəlzələ meydana gəlib. Bu böyük təbii fəlakətdən sonra 18 minin üzərində insan həlak olub, insanlar yaxınlarını telefonla axtarıb tapa bilmirdi.  Movqe.Az "Businessinsider"ə istinadən bildirir ki, elə bu nöqtədə dövrəyə girən Line adlı tətbiq digər tətbiqlərdən fərqli olaraq zəlzələ səbəbiylə bir - birləriylə görüşə bilməyən Yapon xalqı üçün inkişaf etdirilmişdi . Zəlzələdən 3 ay sonra NHN Japan tərəfindən yayımlanan ərizə bir ildən az bir müddətdə 50 milyon nəfər  tərəfindən komplara endirilib. . Dünyanın ən böyük sosial şəbəkəsi Facebook isə 3 il kimi bir müddətdə ancaq 58 milyon istifadəçi cəlb edə bilmişdi.