Uşaq telekanalı ilə bağlı qərar verildi-Eksklüziv

13 Yanvar 2014 14:24 (UTC+04:00)
Azərbaycanda uşaq kanalının yaradılıb-yaradılmayacağı barədə məsələ Milli Televiziya və Radio Şurasının (MTRŞ) iclasında müzakirə edilib. Movqe.az-a Milli Televiziya və Radio Şurasının (MTRŞ) aparat rəhbəri Toğrul Məmmədovun verdiyi məlumata görə, qərara alınıb ki, hələki yerli kanallardakı uşaq verilişlərinin səviyyəsi yüksəldilsin: "Bununla bağlı telekanallara tövsiyyələr də verilib. Əgər uşaq verilişlərinin səviyyəri yüksəldilməsə qərara alınıb ki, gələcəkdə uşaq telekanalının açılması məsələsi yenidən gündəmə çıxardılsın". 

Qeyd edək ki,  ölkə prezidentinin 2011-ci ildə imzaladığı "Azərbaycanda insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyinin  artırılması sahəsində milli fəaliyyət proqramı"ilə bağlı sərəncamın uşaq kanalının yaradılması məsələsi öz əksini tapıb.