Oksana Rəsulova Madhuri Dixiti valeh etdi

13 Yanvar 2014 15:10 (UTC+04:00)
Bolivudun ən yaxşı aktrisası, Hind filmlərində möhtəşəm rəqsi ilə hər kəsi valeh edən Madhuri Dixit Azərbaycanlı rəqqasə Oksana Rəsulovanı çox bəyənib. Mövqe.az xəbər verir ki, Oksananın rəqsini bəyənən aktrisa onun barədə xoş sözlər deyib. Oksana Rəsulova isə Mövqe.az-a açıqlamasında bundan çox məmnun qaldığını söyləyib: " Arzularım çin olur! Rəqs kraliçası Madhuri Dixit mənim haqqımda dediklərindən sonra məni artıq ifam barədə heç kimin rəyi maraqlandırmır. Sadəcə orada adım Oksanadır deyə, Madhuri zənn etdi ki, mən Azərbaycandanam, amma özüm rusam. Təbii ki, bu yalnış fikirdi. Biz ona hər şeyi çatdırdıq və o, bildi ki, Oksana Rəsulova sırf azərbaycanlıdır!". 


Qeyd edək ki, Oksana Rəsulovanın hind rəqsində əldə etdiyi  uğurları son zamanlar diqqət mərkəzindədir.