Müsəlmanlar bizim bir parçamızdır

1 İyun 2012 16:46 (UTC+04:00)

Movqe.Az bildirir ki, Almaniyanın Prezidenti Yoahim Qauk ölkəsində yaşayan müsəlmanların Almaniyanın bir parçası olduğunu söyləyib. Prezident Qauk, "İslam Almaniyanın bir parçasıdır" deyən sələfi Kristian Vulfun yanaşmasını özündə paylaşdığını bildirib.

Həftəlik " Die Zeit" qəzetinə bildiriş verən və müxtəlif mövzulara toxunan Qauk, sələfi Vulfun İslamla əlaqədar ifadələri ilə bağlı suala belə cavab verib: "Sələfimin bu yanaşmasını paylaşıram. Çünki onun bildirmək istədiyi budur: "Vətəndaşlar, sakit nəfəs alaq və gərçəkləri görək. Gərçəkdə odur ki, bu ölkədə çoxlu müsəlmanlar yaşayır."

Qauka verilən, "Siz İslam Almaniyanın bir parçasıdır cümləsini necə qurardınız?" sualına da, "Mən ölkəmizdə yaşayan müsəlmanlar bu cəmiyyətin bir parçasıdır deyərdim" cavabını verib.