Azərbaycan əsgəri intihar etdi

13 Yanvar 2014 17:33 (UTC+04:00)
Ağdam rayonu ərazisində yerləşən hərbi hissələrdən birində intihar hadisəsi baş verib. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, hadisə birbaşa təmas xəttində qeydə alınıb. 

07.03.1995-ci il təvəllüdlü Quliyev Rüstəm Firuddin oğlu intihar edib.O, Bakı şəhəri Nəsimi rayonundan hərbi xidmətə çağırılıb. Hazırda ərazidəki hərbi hissənin və hərbi prokurorluğun əməkdaşları hadisə yerində araşdırma aparır. 

İntiharın səbəbi də araşdırmalardan sonra məlum olacaq.
Müdafiə Nazirliyinin mətbuat xidməti faktı təsdiqləyib.