Məşhur müğənni çimərlik geyimində poza verdi
13 Yanvar 2014 18:30 (UTC+04:00)
Məşhur ukraynalı
müğənni Ani
Lorak həyat
yoldaşı Murad ilə birlikdə istirahət
etmək üçün tropik adalara yollanıb.
Milli.Az anspress-ə istinadən xəbər verir ki,
ifaçı istirahət günlərində çimərlik geyimi ilə kamera önünə keçib.
Daha sonra həmin şəkilləri şəxsi İnstagram səhifəsində
paylaşıb.
Bu ayın əvvəlində isə sosial şəbəkədə ifaçının
İsrail günlərinin şəkilləri yayılmışdı. Ani hal-hazırda hansı adada
istirahət etdiyini dəqiq bildirməyib. Lorakın izləyicilərindən biri
cütlüyün istirahət etdiyi məkanın Bali adası olduğunu
bildirib.
Qeyd edək ki, Ani Lorak və həyat yoldaşı türk
biznesmen Muratla ilk dəfə 2011-ci ilin yay aylarında övlad sahibi
olublar. Lorak çəkisi 3,3 kq və ölçüsü 52 sm olan körpə dünyaya
gətirib. Uşağın cinsiyyətini isə dünyaya gələnə qədər cütlük
bilmirmiş.