QİÇS-in yerini başqa bir xəstəlik alır

1 İyun 2012 16:55 (UTC+04:00)

Movqe.Az bildirir ki, Müasir həyatın kabusu olan QİÇS yerini başqa bir xəstəliyə verə bilər. Üstəlik bu xəstəliyin yayılması üçün cinsi əlaqə ya da maye dəyişikliyinə də ehtiyac duyulmur.

Böcəklərlə yayılan "Chagas"(Çaqas) adlı tropik xəstəlik 8 milyondan çox insana yoluxub. 

Xəstələrin çoxu Latın və Orta Amerikadandır. 

Lakin 300 min adamdan çox xəstə də ABŞ-dadır. 

Qan əmici böcək Triatoma daşıdığı virusu bulaşdırmaq üçün xüsusilə insanların dodaqlarını dişləyir.

Böcəyin sekresiyasındakı parazitlər qana keçdikdən sonra ürək və beyin hüceyrələrində çoxalır.

"Amerikanın yuxu xəstəliyi" kimi də deyilən "Chagas"ın ilk əlamətləri insanlarda halsızlıq əlaməti ilə özünü göstərir. Xəstəlik ən çox ürəyə zərər verir.

Ekspertlərə görə bu xəstəliyin yayılma sürəti İİV (İnsanda İmmunçatışmazlığı Virusu) virusunun ilk illərini xatırladır. 

"Chagas" xəstəliyi ilə yaşayan insanlar ilə QİÇS xəstəsi insanlar arasında bənzərliklərin olduğu bildirilib. 

"Public Library of Science" adlı aylıq onlayn jurnalda nəşr olunan "Amerikalıların yeni QİÇS-i" adlı elmi məqaləyə görə, iki xəstəlik də ən çox kasıblıq içində yaşayan insanlar arasında yayılır. 

Az əhalili tropik bölgələrdəki xəstəlikləri araşdıran jurnal, "Chagas" xəstəliyinin də QİÇS kimi uzun müddətli və bahalı müalicə tələb etdiyini bildirib. 

"Chagas" xəstəliyinin QİÇS-dən ən böyük fərqi isə, cinsi yolla bulaşmamasıdır. "Chagas"ı qan əmici böcəklər bulaşdırır. 

Latın Amerikadakı hamilə qadınların 11 faizi "Chagas" virusu daşıyır və ildə təxminən 20 min insan bu xəstəlikdən dünyasını dəyişir.