Amerikalı həmsədr: “İsveçrənin münaqişələrin həllindəki təcrübəsi Qafqazda faydalı ola bilər”

13 Yanvar 2014 18:03 (UTC+04:00)

Bunu özünün "Twitter" səhifəsində ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik yazıb. O bildirib ki, həmsədrlər ATƏT-in fəaliyyətdə olan sədri ilə bu gün və sabah məsləhətləşmələr aparacaq.

 

Xatırladaq ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri ATƏT-in fəaliyyətdə olan sədri Didye Burkhalterlə görüşdə bu ilə dair əməkdaşlıq məsələlərini müzakirə edəcəklər.