Dima Bilan qocalıb?

13 Yanvar 2014 22:21 (UTC+04:00)
Tanınan rusiyalı müğənni Dima Bilan ağır iş ilindən sonra istirahətə yollanıb. İsti ölkələrdə istirahət edən müğənni təyyarədəcə şəklini çəkərək İnstagram-da paylaşıb. Milli.Az Rusiya mətbuatına istinadən bildirir ki, pərəstişkarları həmin şəkli birmənalı qarşılamayıblar. 

Şəkilə aşağıdakı kimi şərhlər yazılıb: 

"Dima, siz tez qocaldınız, mahnılarınız da təqaüdçü mahnılarına oxşayır". "Həmişə onu sevmişəm... İndi pis görünür... Məncə, təcili istirahətə ehtiyacı var..."