Kənd təsərrüfatı naziri Ucarda vətəndaşlarla görüşəcək

13 Yanvar 2014 19:25 (UTC+04:00)

Kənd təsərrüfatı naziri Heydər Əsədov yanvarın 24-də saat 11:00-da Ucar Ərazi Kənd Təsərrüfatı İdarəsində (Ucar şəhəri, Heydər Əliyev küçəsi,29) Ucar, Kürdəmir, Ağdaş, Zərdab və Göyçay rayonlarının sakinləri ilə görüşəcək.

 

Nazirliyin mətbuat xidmətindən "APA-Economics"ə verilən məlumata görə, görüşdə iştirak etmək istəyən vətəndaşların qeydiyyatı Ucar Ərazi Kənd Təsərrüfatı İdarəsi (tel.: (020) 21-3-01-60, (055) 892-90-91) tərəfindən həyata keçiriləcək.

 

Qəbula yazılmaq istəyən vətəndaşlar həmçinin Kənd Təsərrüfatı Nazirliyinin elektron poçtu ([email protected]) vasitəsilə də qeydiyyatdan keçə bilərlər.