Xəzərin sahilində mina həyəcanı
13 Yanvar 2014 20:11 (UTC+04:00)
Lənkəranda, Xəzər dənizi sahili zolağında mina həyəcanı yaşanıb.
Dövlət Sərhəd Xidmətinin Lənkəran sərhəd dəstəsinin əraziyə təhkim
olunan sərhəd mühafizə naryadı Xəzər Dənizi sahilində, bir-
birindən 600 metr məsafə aralıqda 2 ədəd tank əleyhinə TM - 62
markalı mina aşkarlayıb. Sərhəd naryadı dərhal aidiyyatı qurumları
məlumatlandırıb. Hadisə yerinə Lənkəran Hüquq Mühafizə Orqanlarının
əməliyyatçıları, Təcili- Tibbi Yardım, DSX və FHN əməkdaşları cəlb
olunub. Ərazi nəzarətə götürülüb və təhlükəsizlik tədbirləri
görülüb. Hər iki mina ərazidən götürülərək, 300 metr məsafədə
Xüsusi tədbirlərdən sonra zərərsizləşdirlib. Həmin ərazidə balıq
ovu ilə məşğul olan balıqçılar, buranın vaxtilə rus ordusunun
paliqonu olduğunu bildirir. Hər iki mina zərərsizləşdirildikdən
sonra əməliyyatçılar həmin sahil zolağının təqribən 1 km məsafəsinə
baxış keçiriblər. Ərazidə əlavə bir mina aşkar edilməyib.