Sərxoş sürücü qəza törətdi
14 Yanvar 2014 09:38 (UTC+04:00)
Bakının Nəsimi rayonu ərazisində iki nəfərin
xəsart alması ilə nəticələnən yol qəzası baş verib.
Movqe.az-ın xəbərinə görə, Bakıxanov
prospekti ilə hərəkət edən "Bmw" markalı sürücü idarəetməni itirib
və əvvəlcə yol nişanına sonra isə ağaca çırpılıb. Qəza nəticəsində
xəsarət alanlar 1 saylı şəhər xəstəxanasına
çatdırılıblar.
Sürücü 30 yaşlı Qurter Vladimr Mixayıloviç hər iki
dizin yumşaq toxumalarının əziyi diaqnozu ilə qəbul olunub.
Avtomobildə olan digər sərnişin isə üz nahiyəsindən xəsarət alıb.
İlkin yardımlardan sonra hər iki şəxs evə
buraxılıb. Xəstəxənadan həmçinin
Vladimrin çoxlu miqdarda spirtli içki qəbul etdiyi də
bildirilib. Qəza zamanı avtomobil
yüksək sürətlə hərəkət etdiyindən nəqliyyat vasitəsinin ön
hissəsinə ziyan dəyib. Polis hadisənin
dəqiq baş vermə səbəbini araşdırır.