Aygün niyə Faiqi səhər 7-də yuxudan oyadır?

14 Yanvar 2014 10:57 (UTC+04:00)
Mövqe.az xəbər verir ki, xalq artisti Aygün Kazımova Snup Dogla duet oxuduqdan sonra artıq məhz o ölkənin ulduzları kimi pəhriz saxlayır. Yeməyinə-içməyinə, yatdığı zamana daha çox diqqət edən sənətçi açıqlamasında bildirib: " Artıq Holivud ulduzlarının həyatını yaşayıram. 11-in yarısı yatııb, səhər 7-də oyanıram. Oynanan kimi də dostlarıma zəng edib, oyadıram. Həkimlərim bu rejimi məsləhət görüb. Vaxtında yatıb-oyanmaq xeyrlidir. Əslində gecə 12-dən 3-ə kimi həkimlər də deyir ki, beyin dincəlməlidir. Mən də buna riayət edirəm. Tez yatıb və tez durmaqla görün neçə saat uduram. Ümumiyyətlə mən sağlamlıq haqqında çox oxuyuram və insana xeyirli olan, sağlamlığım üçün də çox şey bilirəm".

Xalq artisti dostu Faiq Ağayev haqqında da danışıb. Müğənni səhərlər ən çox Faiq Ağayeva zəng etdiyini açıqlayıb: " Səhər 7-də Faiqə zəng edirəm. Onu yuxudan oyadıram. Nə edim, tez oyanıb, darıxıram. İstəyirəm onlar da oyansın. Eqoistliyim var. Çünki nəzərə almıram ki, onlar bəzən məclislərdən gəlib, yata bilərlər".