Millət vəkili: "Müasir tibbi avadanlıqlardan istifadə etməyi bacaran mütəxəssislərin sayı artırılmalıdır"

14 Yanvar 2014 10:42 (UTC+04:00)
Azərbaycanda müasir tibbi avadanlıqlardan istifadə etməyi bacaran mütəxəssislərin sayı artırılmalıdır. Bu sözləri Movqe.az-a açıqlamasında millət vəkili Musa Quliyev söyləyib. M. Quliyev bildirib ki, artıq bir neçə ildir ki, Azərbaycan tibb sahəsində mütəxəssislərin hazırlanması üçün xaricə tibb işçiləri göndərir: "Bu proses davam edir. İndi demək olmaz ki, Azərbaycanın hansısa bölgəsində hansısa sahədə həkim çatışmazlığı var. Məlumdur ki, artıq regionlarımızda da müasir tibb müəssisələri tikilib istifadəyə verilir. Həmin müəssisələrə müasir tibbi avadanlıqlar quraşdırılır. Təəssüf ki, bəzən həmin avadanlıqları işlətmək bacarığına malik tibb işçiləri çatışmır. Hesab edirəm ki, müasir tibbi avadanlıqlardan istifadə etməyi bacaran tibb işçilərinin sayı artırılmalıdır".