"Bu şəhərdə" mart konsertində kimləri parodiya edəcək?

14 Yanvar 2014 11:12 (UTC+04:00)

Azərbaycanın tanınmış aktyor-yumoristi, "Bu şəhərdə" layihəsinin ulduzu Coşqun Rəhimov digər həmkarı Rafael İsgəndərovla arasında olan inciklik barədə yayılan xəbərə aydınlıq gətirib. Mövqe.az-a danışan C. Rəhimov bildirib: " Axı biz niyə ayrılmalıyıq? Bu sözləri deyənlər sadəcə tör-töküntülərdir. İnciklik arada olur. O da keçib, gedir. Barışırıq. Biz bir-birinin cikini də bilirik bikini də... 23 ildir dostluq edirik. Hətta övladlarımız da dostluq edir".

Coşqun Rəhimov martda baş tutacaq konsertləri barədə də açıqlama verib: " Konsertə hazırlaşırıq. Bir çox parodiyalar olacaq. Başda Ruhi xanım olmaqla "Özünə bax" layihəsinin parodiyası olacaq".