1201 ədəd e-imza sertifikatı verilib

14 Yanvar 2014 11:41 (UTC+04:00)
Milli Sertifikat Xidmətləri Mərkəzi 01.12.2013-cü ildən 01.01.2014-cü il tarixinə qədər təqdim edilmiş e-imza sertifikatlarının sayını açıqlayıb. Mərkəzdən Movqe.az-a verilən xəbərə görə, həmin bir ay ərzində dövlət hakimiyyəti orqanlarına 97, hüquqi şəxslərə 17, fiziki şəxslərə 1087, ümumilikdə isə Milli Sertifikat Xidmətləri Mərkəzi tərəfindən 1201 ədəd e-imza sertifikatı verilib.