Bu da "Galaxy S5" konseptləri! - FOTOLAR

14 Yanvar 2014 12:57 (UTC+04:00)

Samsungun gözlənilən yeni ağıllı telefonu Galaxy S5-də göz skaner texnologiyasından başqa baş, qaş və göz hərəkətləri də izləniləcək. Movqe.Az xəbər verir ki, Samsungun aldığı yeni bir patent, hazırda Galaxy S4-lərdə istifadə edilən göz izləmə texnologiyasını bir addım kənara daşıyır. Bu patent ilə artıq yeni nəsil Samsung telefonlar baş hərəkətlərini izləyə biləcək ,bu şəkildə telefonda bir sıra əməliyyatların həyata keçirilməsi söz mövzusu olacaq.

Lakin bu sistem istifadəçinin telefonuna toxunmasının mümkün olmadığı hallarda (əlcək istifadə edərkən və s.) işinizə yarayacaq və istifadəçilər üçün xilasedici bir rol daşıyacaq. Cihaz istifadəçilərin baş hərəkətlərini qəbul edərkən, eyni zamanda qaş və göz hərəkətləri də bu sistemə daxil ediləcək.