Məşhur cütlük nişanlanıb

14 Yanvar 2014 12:53 (UTC+04:00)

Məşhur cütlük ailə həyatı qurmaq üçün birinci addım atıb. Mövqe.az xarici KİV-ə istinadən bildirir ki, müğənni Eşli Simpson və Evan Ross nişanlanıb. Eşli öz şəxsi hesabında "Sevgilimlə nişanlandıq!" statusunu yazıb. Şəkil paylaşan Eşlinin xoşbəxtliyi gözlərindən görünüb. Qeyd edək ki, Eşlinin əvvəlki evliliyindən 5 yaşında bir qızı var.