650 avtobusda ağıllı kartlar işləyəcək-Özəl

14 Yanvar 2014 13:21 (UTC+04:00)
Nəqliyyatda krt sisteminin tətbiqi fevral ayınadək genişlənəcək. Movqe.az-a bu barədə məlumat verən Nəqliyyat Nazirliyinin mətbuat katibliyinin müdiri Namiq Həsənov deyib ki, fevral ayından etibarən 650 avtobus kart sistemi ilə işləyəcək. N. Həsənovun sözlərinə görə, mart ayından isə 1000-dən çox avtobus kart sisteminə keçəcək: "Hələki iki avtobusda kart sistemi tətbiq olunur. Fevraldan isə 650 avtobusda kart sistemi tətbiq ediləcək. Amma sərnişinlər hələki nağd şəkildə də ödəniş edə bilərlər".

N. Həsənov kartla ödəniş sistemində sərnişinlərin avtobusun qabaq qapısından minib arxa qapısından düşməli olduğunu bildirib: "Avtobuslara turneketlər quraşdırılmayacaq. Qabaq qapı sərnişinlərin minməsi, arxa qapı isə düşməsi üçün nəzərdə tutulduğundan sərnişinlər gediş haqqını avtobusa minərkən ödəməlidirlər".