Lindsi Loxana qadağa qoyulub

14 Yanvar 2014 13:58 (UTC+04:00)

Lindsi Loxan, pərəstişkarı olduğu Britni Spirsin Las Veqasdakı şoularına gedə bilməyəcək. Mövqe.az xarici KİV-ə istinadən bildirir ki, Lindsının Britninin konsertlərinə getməsinə qadağa qoyulub. Qadağanı Britninin atası Cyem Spirs qoyub. Saytlarda yayılan xəbərə görə "Lindsi, hər zaman Britninin böyük bir pərəstişkarı olub və şouya gəlməyi çox istəyib. Lakin Lindisinin konsertə getməsi qadağan olunub, qadağanı da Britninin atası qoyub. Ceym, həmişə Lindisinin Britni Spirs üzərində pis bir təsiri olduğunu düşünüb. O, qızının doğru yoldan ayrılmamasını istəyir, və buna görə də onun Lindisinın ətrafında olmasını istəmir"