Prezident İlham Əliyev Brüsselə gedir

14 Yanvar 2014 14:41 (UTC+04:00)

Azərbaycan prezidenti İlham Əliyev yanvarın 15-də NATO-nun Brüsseldəki mənzil-qərargahına səfər edəcək.

APA-nın NATO-nun mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, İ. Əliyev alyansın baş katibi Anders Foq Rasmussenlə görüşəcək.

 

Onun Şimali Atlantika Şurasının iclasında çıxışı da nəzərdə tutulub.