1950-ci il iyun aynın 1-də BMT Baş Assambleyası tərəfindən təşkil olunmuş "Qadınların Beynəlxalq Konfransı"nda 1 iyun tarixinin uşaqların beynəlxalq müdafiəsinə həsr etmək qərara alınmışdır. Bundan sonra iynun 1-i Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi tarixə düşüb. Dünyanın 190-a yaxın ölkəsində, o cümlədən Azərbaycanda bu gün qeyd olunur.
Bütün demokratik dövlətlərdə olduğu kimi, Azərbaycanda da insan haqlarının qorunmasına xüsusi önəm verilir. Təbii ki, uşaq hüquqları da insan haqlarının ən mühüm və ayrılmaz hissələrindən biridir. Uşaqların bizim gələcəyimiz və ölkəmizin gələcəyinin onların əlində olmasını nəzərə alsaq onların müdafiəsinə hamınıqla qoşulmaq bizim borcumuzdur.
Gələcəyimiz olan uşaqların
vətənpərvər ruhda, sağlam böyüməsi istiqamətində aparılan işlər hər
zaman Səbail rayon İcra Hakimiyyətinin diqqət mərkəzində olmuşdur.
1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibəti ilə
Səbail rayon İcra Hakimiyyəti tərəfindən xüsusi tədbirlər
planı hazırlanmış, keçiriləcək tədbirlərə daha çox uşağın cəlb
olunması nəzərdə tutulmuşdur.
Tədbirlər planına uyğun olaraq 1 İyun - Uşaqların Beynəlxalq
Müdafiəsi günü ilə bağlı "Park Bulvar" Ticarət və İstirahət
Mərkəzindəki "Park Sinema" kinoteartrında Uşaq filmləri həftəsi
təşkil olunmuş, bir həftə ərzində hər gün 200 nəfər uşağa
pulsuz 3 D həcmli uşaq filmləri nümayiş
etdirilmiş, bayram ərəfəsində RİH tərəfindən rayonun müxtəlif
orta təhsil müəssisələrində təhsil alan 150 nəfər uşağın "Vətən"
gəmisi ilə Xəzər dənizinin Bakı buxtasında gəzintisi təşkil
olunmuşdur.
Bayramla əlaqədar Səbail rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə "Monte-Kristo" şadlıq sarayında əlil və sağlamlığı məhdud olan, İcma əsaslı reabilitasiya mərkəzində xidmət göstərilin, müxtəlif uşaq evlərində tərbiyə alan, həmçinin rayonun aztəminatlı ailələrinin uşaqları üçün əyləncəli bayram tədbiri keçirilmişdir. Tədbiri giriş sözü ilə açan Səbail rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov burada iştirak edən bütün uşaqları və onların valideynlərini 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibəti ilə təbrik etmiş, onlara can sağlığı, xöşbəxt həyat və səadət arzulamışdır. Bayramın tarixçəsindən danışan A.Əsgərov bildirilmişdir ki, hazırda Azərbaycanda əhalinin 29 %-ni 18 yaşınadək uşaqlar təşkil edir. Uşaqlar dövlət tərəfindən hərtərəfli diqqət və qayğı ilə əhatə olunmuşlar.
Qeyd olunmuşdur ki, Azərbaycanda
Uşaq siyasətinin əsası Ümummillli Lider Heydər Əliyev tərəfindən
qoyulmuşdur. Azərbaycan körpələri hər il Heydər Əliyevlə olan
görüşlərdən sonsuz coşqu və böyük ilham alırdılar. Bu səmimi
görüşlər hər bir uşağın yaddaşında əbədi iz qoymuşlar.
Uzaqgörən siyasi lider olan Heydər Əliyevin yaratdığı və nəsillər üçün miras qoyduğu ənənələr bu gün də uğurla davam etdirilir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin Uşaq hüquqlarının müdafiəsi sahəsində atdığı addımlar, Heydər Əliyev Fondunun gördüyü işlər bu ənənələrin hələ uzun illər yaşayıcağına və Azərbaycan uşaqlarının taleyində əhəmiyyətli rol oynayacağına zəmanət verir. Ölkə başçısının "2009-cu ilin Uşaq ili elan olunması ilə bağlı" Sərəncamı Azərbaycan dövlətinin uşaqlara sonsuz qayğısının bariz təzahürü sayılmalıdır.
Heydər Əliyev Fondunun fəaliyyəti
Azərbaycanın gələcəyi olan uşaqlara yüksək qayğı nümunəsi
olmaqla yanaşı, cəmiyyətin ümumi potensialının bu gün də səfərbər
olunmasına yönəlmişdir. Fondun "Yeniləşən Azərbaycana yeni məktəb"
layihəsi əsasında ötən illər ərzində respublikamızın ən müxtəlif
bölgələrində yüzlərlə müasir məktəb binası tikilib istifadəyə
verilmiş, 40-dan çox körpələr evi, bağça və internat məktəbi
əsaslı təmir olunmuşdur.
Bu gün dövlətimiz hər bir Azərbaycanlı uşağının yüksək sosial-mənəvi mühitdə böyüməsinə çalışır. Məqsəd – uşaqların layiqli, firavan yaşayış səviyyəsinin, təlim-tərbiyəsinin, təhsilinin, sosial müdafiəsinin, sağlamlığının yüksək səviyyədə təşkil edilməsidir.
Tədbirdə populyar müğənnilər
Azəri qızı Günel, Tünar, "Qala" qrupu və başqalarının
ifasında konsert proqramı, şən rəqslərlə yanaşı, həm də
uşaqlara təşkilatçılar tərəfindən hədiyyələr paylanmışdır.