Bərzaniyə sui-qəsd təşkil etdilər?

14 Yanvar 2014 16:02 (UTC+04:00)

Movqe.Az xəbər verir ki, Əl-Qaidə əlaqəli İraq Şam İslam Dövləti təşkilatının, İraqdakı Regional Kürd Rəhbərliyi Başçısı Məsud Bərzani və bəzi yüksək vəzifəli Kürd rəhbərlərə yönəlmiş sui-qəsd planladığı iddia edilib. Kürdüstan Vətənpərvərlər Birliyi (IKYB) baş katibinin müavini Berhan Salehə aid olan "Xəndan" adlı internet saytı, Suriya-İraq sərhədinə yaxın bir bölgədə İraq Şam İslam Dövləti üzvlərinin keçirdiyi yığıncağın qeydlərinin ələ keçirildiyi, yığıncaqda əhəmiyyətli mövqelərdəki bəzi kürd liderlərə sui-qəsd təşkil etmək üçün planlar edildiyini iddia edib. 


Sui-qəsd siyahısında, Regional Kürd Rəhbərliyi Başçısı Məsud Bərzani, Baş nazir Neçirvan Bərzani, Peşmerge Gücü komandiri Cabbar Yavər və bəzi yüksək vəzifəli səlahiyyətlilərin adlarının olduğu və sui-qəsd təşkil edilməsi planlanan kəslərin, "İraq Şam İslam Dövləti üzvlərinə qarşı düşmən mövqe tutanlar" olaraq qiymətləndirildiyi bildirilib.