İqtisadiyyat və sənaye naziri Salyanda vətəndaşlarla görüşəcək

14 Yanvar 2014 15:46 (UTC+04:00)

Şahin Mustafayev Salyanda Neftçala, Saatlı, Sabirabad və Salyan rayonlarından olan vətəndaşları dinləyəcək

İqtisadiyyat və sənaye naziri Salyanda vətəndaşları qəbul edəcək. Movqe.az-ın İqtisadiyyat və Sənaye Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, yanvarın 18-də nazir Şahin Mustafayev Salyanda Neftçala, Saatlı, Sabirabad və Salyan rayonlarından olan vətəndaşları qəbul edəcək.

Vətəndaşların qəbulu saat 09:00-dan etibarən Heydər Əliyev Mərkəzində (Ünvan: Salyan rayonu, Təbriz Xəlilbəyli küçəsi,126) keçiriləcək.


Bununla yanaşı, vətəndaşlar Nazirliyin internet və facebook səhifələrində xüsusi olaraq yaradılmış "İqtisadiyyat və sənaye nazirinin şəhər və rayonlarda keçirilən qəbulu üçün müraciət" bölmələri vasitəsilə də qəbula yazıla bilərlər.