Azərbaycanda uşaqlar üçün ayrıca prokuror, məhkəmə və vəkillər fəaliyyətə başlayır

14 Yanvar 2014 17:00 (UTC+04:00)

Milli Məclisdən APA-ya verilən məlumata görə, "Yuvenal ədliyyə haqqında" adlı yeni qanun layihəsi artıq yaz sessiyasının iş planına daxil edilib.

 

Qanun layihəsi hazırlanarkən beynəlxalq təcrübə öyrənilib və layihənin hazırlanmasına beynəlxalq təşkilatların ekspertləri də cəlb olunub. Yuvenal ədliyyə uşaqlara və yetkinlik yaşına çatmayanlara verilən cəzaların liberallaşdırılmasını, uşaq cinayətləri üzrə məhkəmə, prokuror və vəkillərin ixtisaslaşdırılmasını nəzərdə tutur.