Dəm qazından 21 nəfər zəhərlənib
14 Yanvar 2014 16:11 (UTC+04:00)
Bu ilin ilk on günlüyündə 21 nəfər dəm qazından
zəhərlənmə diaqnozu ilə Səhiyyə Nazirliyinin Klinik Tibbi Mərkəzinə
müraciət edib. Bu barədə Movqe.az-a Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov məlumat
verib. A. Maqsudov ötən il ərzində 480 nəfərin dəm qazından
zəhərlənmə diaqnozu ilə Mərkəzə müraciət etdiyini söylədi. Onun
sözlərinə görə, ötən il ərzində dəm qazından zəhərlənmə
diaqnozundan 2 nəfər ölüb.