Rəqsanədən ona cavab: "Pulumu verib..."

14 Yanvar 2014 16:58 (UTC+04:00)

Müğənni Rəqsanə İsmayılovun ifa etdiyi "İnanımmı" mahnısının bəstəkarı Hikmət Aslan müğənniyə mahnılarını oxumasına qadağa qoyub və bu barədə açıqlama verib. Müəllif "Rəqsanə mahnılarımı səsləndirərkən müəllifin adını çəkmir. "İnanımmı" mahnısında adım heç yerdə hallanmadı. Adamı görəndə salam da vermir" deyə, bu kimi açıqlama verib.

Jurnalistlərin mövzu ilə bağlı müraciətlərini nəzərə alan Rəqsanə xanım qısa şəkildə mövzuya Movqe.az vasitəsilə aydınlıq gətirib :

"Allahın salamın hər kəsə verirəm. Hikmət Aslanın mahnılarını illər öncə oxumuşam və o, bunu üçün bəstəkara qonorar ödəmişəm. Bu gün belə bir mövzu ilə qalmaqala girmək istəmirəm. Çünki mövzunun gerçək mahiyyətində qalmaqala səbəb olacaq heç nə yoxdur. Pulumu verib, mahnımı almışam. Sonuncu açıqlamamda belə müəllifin adı hallandırılıb".