"Kurt Seyt & Shura" serialı çəkilişlər üçün hara yollanıb?

14 Yanvar 2014 17:21 (UTC+04:00)

Baş rollarını Kıvanç Tatlıtuğ və Farah Zeynep Abdullahın canlandırdığı Nermin Bezmenin romanı əsnasında çəkilən "Kurt Seyt & Shura" serialının qrupu, çəkilişlər üçün ötən axşam Rusiyanın St. Peterburq şəhərinə gedib. Mövqe.az türk mətbuatına istinadən bildirir ki, Rusiyada təxminən iki ay qalacaq qrupdan Birkan Sokullu ve Berk Erçer, Atatürk hava limanında görüntülənib. Sokulluyu hava limanında həyat yoldaşı Aslı Enver yola salıb.